Qapaq məktubu hazırlayarkən nəzərə alınmalı olanlar

İnsan Resursları mütəxəssislərinin bir CV-ni incələmək üçün orta hesabla cəmi 30 saniyə vaxt ayırdıqlarını bilsəydin, onlara nə demək istərdin? Məhz bu nöqtədə diqqətlə və düzgün məzmunla hazırlanmış bir qapaq məktubu sənin üçün əsl xilasedici ola bilər. İR mütəxəssislərində yaxşı təəssürat yaradacaq effektiv qapaq məktubu hazırlamaq üçün bilməli olduqların və nümunələr bu yazımızda!

Demək olar ki, hər kəs CV-yə qapaq məktubu əlavə etməyin vacibliyini bilir, lakin necə bir məzmunun hazırlanmalı olduğu barədə dəqiq təsəvvürü yoxdur. Əslində qapaq məktubunu karyera həyatının qısa xülasəsi kimi düşünə bilərsən. Bu səbəbdən müraciətinə əlavə edəcəyin qapaq məktubu sənin haqqında işəgötürənə sürətli xülasə məlumat təqdim etməlidir. CV-nə əlavə edəcəyin bu qısa yazı, CV-ni daha güclü göstərəcək və səni eyni vəzifəyə müraciət edən digər namizədlər arasından ön plana çıxaracaqdır.

Araşdırmalar göstərir ki, İR mütəxəssisləri bir CV-ni incələmək üçün orta hesabla cəmi 30 saniyə vaxt ayırırlar. Belə olduqda isə qısa müddətdə işverənlərin diqqətini çəkə bilmək üçün müraciətinə xüsusi hazırlanmış bir qapaq məktubu əlavə etməyin mütləqdir. CV Hazırlama Məsləhətləri və CV Nümunəsideyə düşünürsənsə, dərhal başlayaq…

İdeal bir qapaq məktubunda olmalı olan
xüsusiyyətlər bunlardır:

CV-nin kiçik bir surəti olmamalıdır

CV onsuz da səninlə bağlı təhsil, iş təcrübələri kimi bütün detalları əhatə edir. Bu səbəbdən ön yazında eyni məlumatları təkrar verməkdənsə, müraciət etdiyin vəzifəyə niyə uyğun olduğunu açıqlaya bilərsən. İşə qəbul edildikdə şirkətə verə biləcəyin töhfələrdən bəhs etməyin də müsahibəyə çağırılma ehtimalını artıracaqdır. Müraciət etdiyin vəzifə ilə bağlı ətraflı araşdırma apardıqda şirkətə qatacaqların barədə daha dəqiq nəticələrə çata bilərsən.

Yadda qalan rəqəmsal ifadələr olmalıdır

Uğurlarını rəqəmlərlə ifadə etməyin yadda qalma ehtimalını artırmaqla yanaşı, sənə dair müsbət təəssürat yaradacaqdır. Cari və ya əvvəlki iş yerində qazandığın uğurları faiz göstəriciləri ilə paylaşa bilərsən. Nailiyyətlərdən danışarkən konkret rəqəmlər verməyin inandırıcılığını daha da artıracağını unutmamalısan.

CV-də yer almayan bacarıqlara yer verilməlidir

İnsanlarla münasibətdəki davranışların, problem həll etmə bacarığın və ya böhran anlarında sərgilədiyin mövqeyin CV-də əks olunmayıbsa, bu barədə ön yazında məlumat verə bilərsən. Bu xüsusiyyətlərini ön plana çıxararaq, işəgötürənin axtardığı namizədin məhz sən olduğunu göstərə bilərsən.

Fasilə verilən dövrlər izah edilməlidir

Hər hansı səbəbdən işləmədiyin dövrlər ola bilər. Belə hallarda həmin dövr ərzində nələr etdiyin barədə qısa məlumat verməlisən. Bu dövrdə frilanser işləmiş, təhsilini davam etdirmiş və ya peşəkar kurslar keçmiş ola bilərsən. Qısacası, həmin dövrü necə səmərəli keçirdiyin barədə məlumat qapaq məktubunda yer almalıdır.

Avtomatik yazılmış təsiri yaratmamalıdır

Bütün müraciətlər üçün istifadə edə biləcəyin standart bir ön yazı hazırlamaq sənə vaxt qazandıra bilər, lakin bu, işəgötürəndə istədiyin təəssüratı yaratmaya bilər. Bu səbəbdən müraciət etdiyin vəzifəyə və şirkətə uyğun olaraq xüsusi qapaq məlumatı hazırlamağın daha məqsədəuyğundur.

Orfoqrafik və üslub səhvləri olmamalıdır

İndiyədək məzmunun necə olması lazım olduğunu izah etdik. Səninlə bölüşmək istədiyimiz son önəmli məqam isə yazacağın mətnin dil qaydalarına uyğunluğudur. Bu səbəbdən qapaq məktubunu tamamladıqdan sonra onu bir daha oxumağını və varsa qrammatik səhvlərini düzəltməyini tövsiyə edirik.

Qapaq məktubu nümunələri

Şablon 1: Açıq bir vəzifə üçün edilən müraciətlər

Hörmətli Məsul Şəxs,
Şirkətinizdəki X vəzifəsi ilə yaxından maraqlanıram. CV-imdə ətraflı şəkildə təqdim etdiyim məlumatlardan da göründüyü kimi, aldığım təhsil və iş təcrübələrimin müraciət etdiyim vəzifəyə uyğun olduğuna inanıram. Keçmiş təcrübələrimdə qazandığım bilik və bacarıqların bu vəzifəyə nə kimi töhfə verə biləcəyini sizinlə bölüşərək özümü daha yaxından təqdim etmək istərdim.

Hörmətlə,
Ad Soyad

Şablon 2: Ümumi müraciət edilən şirkətlər üçün

Hörmətli Məsul Şəxs,
X təhsilimdən sonra X sahəsində X il təcrübə qazandım. Bu müddətdə iştirak etdiyim komandalarla birgə bir çox uğura imza atdım və böhranların öhdəsindən gəldim. Sahəmdəki yenilikləri maraqla izləyən biri olaraq, karyeramı inandığım bir marka daxilində davam etdirmək istəyirəm.

Təhsil və təcrübələrimə uyğun olan bir vəzifədə dəyərləndirilməyim üçün CV-mi sizinlə paylaşmaqdan məmnunam.

Görüşmək arzusu ilə,
Hörmətlə,
Ad Soyad

Əvvəlcədən yazı hazırlayarkən bu nümunələrdən ümumi xətlər üzrə faydalana bilərsən. Lakin sənə tövsiyəmiz, mümkün qədər vaxt ayıraraq hər müraciətə xüsusi məzmun hazırlamağındır.

  • Bu postu paylaşın

Şərh yazın

19 + eleven =