CV Hazırlama Məsləhətləri və CV Nümunəsi

İş tapmaq üçün atılacaq ilk addım effektiv bir CV hazırlamaqdır. Bəs işə qəbul mütəxəssisi üzərində təsir yaradacaq yaxşı bir CV necə hazırlanmalıdır? Bu sualın cavabı nümunələrlə birlikdə Karyera Bələdçisindədir!

Əvvəlcə CV-nə sadəcə nailiyyətlərinin sıralandığı bir siyahı kimi deyil, öz şəxsi reklamını edən bir vasitə kimi yanaşmağında fayda var. CV-nin məzmununu ad, soyad, əlaqə məlumatları, təhsil vəziyyəti, iş təcrübələri, referanslar kimi mövzuların xülasələri təşkil edir. Hər hansı bir işə müraciət etməzdən əvvəl özünü tanıtmaq üçün mütləq düzgün hazırlanmış bir CV təqdim etməyin vacibdir. CV-in düzgün, anlaşılan və aydın olmalıdır ki, diqqət çəksin.

Təsir yaradacaq CV hazırlamaq üçün əsas məqamlar:

  • A4 formatında yazılmalıdır.
  • CV-in ən çox 2 səhifə olmalıdır. (Akademik CV-lər daha uzun ola bilər.)
  • Uzun paraqraflardan çəkinmək lazımdır. (CV analizi üçün orta hesabla 1-3 dəqiqə vaxt ayrılır.)
  • Adətən “Times New Roman” və ya “Arial” kimi oxunması asan şriftlər istifadə edilməli, 11 və ya 12 şrift ölçüsündə yazılmalıdır.
  • Söz və cümlələrin altından xətt çəkilməməlidir. (İnternet ünvanları istisna olmaqla.)
  • Orfoqrafiya qaydalarına diqqət yetirilməlidir.
  • Müraciət etdiyin vəzifəyə uyğun bir qapaq məktubu hazırlamalısan. Ümumi müraciət edirsənsə, qapaq məktubunda hansı sahədə işləmək istədiyini qeyd etməlisən.
  • Tərs xronoloji ardıcıllıqla yazmalısan.
  • Lazımsız məlumatları daxil etməməlisən.
  • Kostyumla çəkilmiş şəkillər əlavə etməlisən.
  • Solğun, bulanıq və arxa planı qarışıq olan şəkillərdən istifadə etməməlisən.

Karyera hədəfi

  • Müraciət etdiyin vəzifəyə uyğun xüsusiyyətlərini izah edə biləcəyin, özünü təqdim edə biləcəyin və müraciət məqsədini ifadə edəcəyin çox qısa bir paraqraf yazmalısan.

Şəxsi məlumatlar

  • Ad, soyad, ünvan, əlaqə saxlaya biləcəkləri telefon nömrələri və e-poçt ünvanı CV-nin əvvəlində mütləq yazılmalıdır.
  • Doğum tarixi, doğum yeri kimi məlumatlar yazılmalıdır.
  • Əgər xarici ölkələrdə işə müraciət edirsənsə, vətəndaşlığını qeyd edə bilərsən.

Təhsil məlumatları

  • Məzun olduğun proqramları tərs xronoloji ardıcıllıqla yazmalısan.
  • Təhsil zamanı əldə etdiyin dərəcələr, önəmli nailiyyətlər və bal ortalamanı göstərə bilərsən.
  • Əgər yeni məzunsansa, bu bölmə ən üstdə olmalıdır, amma iş təcrübən varsa, bu bölməni iş təcrübəsi bölməsindən sonra yazmalısan.

İş/Staj təcrübəsi

  • İş və staj təcrübələrini tərs xronoloji ardıcıllıqla yazmalısan.
  • İşlədiyin yerdəki vəzifəni qeyd edərək hər biri üçün öhdəliklərini və ümumilikdə gördüyün işləri qısa şəkildə sadalamalısan.
  • Uğurlarını xüsusilə vurğulamalısan.

Bacarıqlar

  • Bildiyin xarici dilləri və kompüter proqramlarını vurğulaya bilərsən.
  • Əgər bir neçə proqram və ya dil bilirsənsə, onların yanında hansı səviyyədə olduğunu qeyd edə bilərsən.
  • Bunlardan əlavə, müraciət etdiyin vəzifəyə xas bacarıqlarını da yaza bilərsən.
  • Peşənlə bağlı peşəkar qurumlara üzvsənsə, onları da qeyd edə bilərsən.
  • Əgər müraciət etdiyin vəzifə üçün vacibdirsə, “əlavə məlumat” başlığı altında sürücülük vəsiqəsinə sahib olduğunu da qeyd edə bilərsən.

Təlimlər/Sertifikatlar

  • İştirak etdiyin peşəkar kurs və təlimləri, sertifikatlarını uyğun başlıqlar altında qeyd edə bilərsən.

Referanslar

  • İki referans qeyd edilə bilər.
  • Əgər yeni məzunsansa, istinadlardan biri müəllimin, digəri isə staj zamanı birbaşa tabe olduğun rəhbərin ola bilər.
  • Digər seçim isə “Tələb olunduqda təqdim ediləcəkdir” ifadəsini əlavə etməkdir.
  • Əgər referansın yoxdursa, bu bölməni əlavə etməyə bilərsən.
  • Sonda isə, istinad verdiyin şəxslərə əvvəlcədən məlumat verməlisən.

CV NÜMUNƏSİ

Əhməd Quliyev

Ünvan: Yasamal rayonu, Landau küçəsi 12, Bakı, AZ1073
Telefon: +994 50 *** ** **
E-poçt: ehmed****@gmail.com

KARYERA HƏDƏFİ:

2020-ci ildən bəri çalışdığım Tibbi Avadanlıqlar Sektorunda, təhsilim və təcrübəmlə töhfə verə biləcəyim korporativ bir şirkətdə işləməyə davam etmək istəyirəm. Şirkətimin və müştərilərin məqsəd, strategiya və gözləntilərinə uyğun xidmət göstərərək, analitik həllər istehsal etmək istəyirəm. Bu müddətdə sektordakı texnoloji və strateji yenilikləri yaxından izləyən bir şirkətlə birlikdə böyümək və irəliləmək mənim üçün böyük bir önəm daşıyır.

İŞLƏMƏK İSTƏNİLƏN SAHƏLƏR:

Satış nümayəndəsi – Aplikasiya üzrə mütəxəssis (Tətbiq üzrə mütəxəssis) – Məhsul üzrə məsul şəxs

TƏHSİL:

  • ***** Universiteti **** İxtisası (19** məzunu)
  • Orta məktəb (19** məzunu)

XARİCİ DİL:

İngilis dili / Çox yaxşı

İŞ TƏCRÜBƏSİ:

Şirkət adı / İşlədiyi şöbə (Vəzifəsi / İşlədiyi illər aralığı)

ŞƏXSİ MƏLUMATLAR:
Doğum yeri: Bakı
Doğum tarixi: 20.06.19**
Hərbi xidmət vəziyyəti: Azaddır
Sürücülük vəsiqəsi: B kateqoriyalı sürücülük vəsiqəsi

KOMPÜTER BİLGİSİ:

MS Windows (Yaxşı səviyyədə)
MS Office (Yaxşı səviyyədə)

  • 2009 Potsdam-Berlin-Almaniya *** Diaqnostik Satış – Marketinq və Texniki Yeterlilik Təlimi Diplomu
  • 2007-2008 Embassy CES Cambridge İngilis dili Təlimi Diplom və Sertifikatı

SERTİFİKAT VƏ TƏLİM PROQRAMLARI:

  • 2011 III. İdman Fiziologiyası Simpoziumu – Adana Çukurova Universiteti
  • 2011 KBUD Çeşme Konqresi
  • 2009 Berlin-Almaniya EKF *** Satış və Marketinq, Texniki Yeterlilik Təlimi
  • 2009 KBUD Qaziantep Seminarı – Yeni Tender və Müqavilə Qanunlarındakı Dəyişikliklər mövzusunda seminar

HOBBİLƏR:

Fotoşəkil çəkmək, stolüstü tennis, latın rəqsləri

REFERANSLAR:

Ad, Soyad – Açıqlama – (+994 50 *** ****)
Ad, Soyad – Açıqlama – (+994 50 *** ****)

Effektiv bir CV yaratmaq üçün tərcümeyi-halında hansı məlumatların, necə bir ardıcıllıqla yer almalı olduğunu düşünməyə ehtiyac yoxdur!
TibbiKaryera.com-a daxil olaraq, CV-ni istəsən Azərbaycan dilində, istəsən də İngilis dilində dəqiqələr içində yarada, istədiyin işəgötürənlə asanlıqla paylaşa bilərsən. CV-indəki məlumatları yenilədikcə isə, anidən gələn müsahibə təkliflərinə hazır olarsan! 😊

  • Bu postu paylaşın

Şərh yazın

nineteen − twelve =